Millimizin taleyi onlara tapşırıldı: 5-ci ad açıqlandı

0
560

İtaliyalı futbol mütəxəssisi Alessandro Skaya Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin köməkçisi olacaq.

Bu barədə A.Skaya özü məlumat yayıb.

O, Azərbaycan millisinin məşqçilər korpusunda yer alacağını bildirib.

Qeyd edək ki, De Byazinin digər köməkçiləri Klaudio Belluççi, Benni Karbone, Federiko Turrisiani və Arif Əsədovdur.