Millimizin slovak və yunanlara qarşı heyəti açıqlandı

0
291

Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Yanvarın 18-dən 30-dək Bakıda hazırlıq keçəcək yığmanın düşərgəsinə 20 futzalçı dəvət olunub.

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstanla qarşılaşacaq.

Millimizin heyəti: Ramiz Çovdarov, Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, Hadi Əhmədi, Əmir Şocae, Fineo De Araujo (hamısı “Araz”), Emin Kürdov, Tofiq Mikayılov, Samir Həmzəyev (hər üçü EKOL), Oqtay Rüstəmli, Oruc Bəxşəlizadə, Kənan Manafov (hər üçü “Neftçi”), Nihad İsmayılov, Oliveyra Vilyams (hər ikisi klubsuz), Eduardo Borqes (“Hale Qooyk”, Belçika), Everton Kardozo (“Levante”, İspaniya), Rafael Vilela (“Palma Futzal”, İspaniya), Teles Martins Tyaqo (“Salines”, Bosniya və Herseqovina).

Qeyd edək ki, Oliveyra Vilyams, Eduardo Borqes, Everton Kardozo, Teles Martin Tyaqo və Rafael Vilela komandaya yanvarın 23-dən sonra qoşulacaq.