
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avro-2023-ün seçmə mərhələsində qarşılaşacağı ilk rəqib müəyyənləşib.
Millimiz A qrupunda birinci matçını Norveç yığmasına qarşı keçirəcək.
Görüş bu il iyunun 6-da səfərdə baş tutacaq.
Qeyd edək ki, millinin qrupunda Norveçlə yanaşı, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya seçmələri də yer alıblar.