Millimizin oyunçusu “Barselona”ya möhtəşəm qol vurdu – FOTO/VİDEO

0
311

Millimizin futzalçısı Eduardo Borqes çıxış etdiyi Fransanın AKKS klubu ilə UEFA Çempionlar Liqasında İspaniyanın məşhur “Barselona” komandasına qol vurub.

Bu gün Barselonada keçirilən oyunda hesabı 9-cu dəqiqədə millimizin braziliyalı legioneri Edu açıb. O, dabanla möhtəşəm qola imza atıb.

Bununla belə, daha təcrübəli olan “Barsa” iki qol vuraraq 2:1 qalib gəlib. Bununla da Kataloniya klubu 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Eduardo Borqes həmin kluba yeni keçib. O, Fransa çempionunda icarə əsasında çıxış edir.