Millimizin hücumçusu ABŞ-da növbəti matçına çıxıb

0
473

Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov çıxış etdiyi ABŞ-ın birinci liqasında (USL) növbəti oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, USL-in altıncı turu çərçivəsində həmyerlimizin formasını geyindiyi “Finiks Rayzinq” klubu “San Dieqo Loyal”ı qəbul edib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət oyuna start heyətdə daxil olub və 74-cü dəqiqədə əvəzlənib. Bu mövsüm beş qol vuran Dadaşov bu dəfə fərqlənməyib.

Qeyd edək ki, “Finiks Rayzinq” hazırda 16 xalla B qrupunda 1-cidir.