Millimizin futbolçusu ABŞ klubunda het-triklə başladı – VİDEO

0
455

Millimizin futbolçusu ABŞ klubunda het-triklə başladı - VİDEO

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov “Finiks Rayzinq” komandasının heyətində ABŞ-ın USL müntəzəm çempionatındakı debüt matçında het-trik edib.

29 yaşlı hücumçu “Portlend Timbers”lə ilk tur qarşılaşmasında komandasının qollarından yarısının müəllifi olub. Meydana start heyətdə çıxan Dadaşov 13-cü, 24-cü 65-ci dəqiqələrdə fərqlənib. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş isə “Finiks Rayzinq”in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov “Finiks Rayzinq”ə yanvarın 11-də Almaniyanın “Pröyssen Munster” klubundan keçib.