Millimiz Ermənistanı məğlub etdi

0
34

Kosovonun paytaxtı Priştina şəhərində 3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb.

Açılış matçında Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşıb. Komandamız rəqib üzərində 21:9 hesablı qələbə qazanıb.

“B” qrupunda qərarlaşmış millimizin qrupda növbəti oyunu Bakı vaxtı ilə saat 16:10-da yerli Kosovo yığmasına qarşı olacaq.