
Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
D qrupunda yer alan yığma 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gələcək. “ASK Arena”dakı qarşılaşma saat 20:00-da başlayacaq.
Siyasət Əsgərovun başçılıq etdiyi komandanın heyətində yeganə itki Jalə Məhsimovadır. Rusiya “Zenit”ində çıxış edən futbolçu mövcud vəziyyətlə əlaqədar sənədləşmə işlərində müəyyən çətinliklər səbəbindən Bakıya gəlməyib.
Bunadək keçirdiyi 6 oyunda xal qazana bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İspaniya yığması isə 6 görüşdən 16 xalla zirvədədir. Bu komandalar arasında ilk matç ispaniyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa çempionatı
Seçmə mərhələ
20:00. Azərbaycan – İspaniya
Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (İtaliya)
Bakı, “ASK Arena” stadionu.
Qeyd edək ki, yığma qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək.