2019-cu ilin oktyabr ayının 19-da bir parça keçmiş yaşadıq. Qaragüruhun arzularına, xəyallarına, keçmişə doğru səyahət etdik. Bəylərin dərəbəyliyi dövrünə. Ağızın dediyini qulağın eşitmədiyi 90-cı illərə. Keçmişin lyukunu qaldırdıq və tez də qapadıq.
Beləliklə, 19 oktyabr Milli Şuranın, AXCP-nin, Əli Kərimli və tərəfdarlarının rüsvayçılığı, fiaskosu tək tarixə düşdü. Nəhəng bir şəbəkə inqilabının başlanğıcı kimi nəzərdə tutulan hay-həşir ən solğun və pərt tərzdə yekunlaşdı. Milyonların, yüzminlərin, onminlərin meydanlara axışacağına ümid edən Əli Kərimli və yaxın ətrafı 100-150 nəfərlə siyasi bioqrafiyalarının ən dar, ən sansız və şansız olayını qeydə almalı oldular. Bu gün əslində Əli Kərim yox, Əli Kərimçilik iflasa uğradı. Ola bilsin ki, xəcalət avtoşokları olacaq, Osmanqızının kanalına Əli Kərimlidən sızan hansısa daş parşaları ağrı verəcək. Qeybət, giley-güzar meydan sulayacaq. Amma bu meydan heç bir halda “28 May” metrostansiyasının qarşısındakı meydan olmayacaq.
Əli Kərimli və Milli Şura bu gün konseptual olaraq uduzdu. Əvvəla milli bu gün, milli indi keçmişin ağır mirasını növbəti dəfə qəbul etməkdən qəti boyun qaçırdı. Siyasi cəhalətin avanqardında gedən uğursuzların vaxtının çoxdan keçdiyini anlatdı. Əzələ müxalifətinin qaragüruh şüuru Prezidentin 4-cü sənaye transfarmasiyasına uyğunlaşdırdığı intellektual təfəkkürə böyük hesabla məğlb oldu.
Nə baş verdi. Əvvəla, Əli Kərimçilik şəbəkə inqilabının ərəb baharını azərbaycan payızına transfer edə bilmədi. Milli dövlətçi şüur anlatdı ki, o müstəqil dövləti hansısa legioner ideoloqlarının quraşdırdığı mutant gələcəyə, onun şübhəli ilğımlarına qurban verməyəcək. Şəbəkə inqilabçılığöı üçün Azərbaycan Stalinqrad oldu.
İkincisi, növbəti dəfə aydın oldu ki, Əli Kərimçilik yalnız savadsızlığa, yalnız cahuilliyə hesablanan qara güruhun manifestidir və şükür ki, o kontingent son dərəcə kiçikdir. Xalq öz liderini seçiv bə onun başqa bir siyasət gədəsinin ardınca getməyə nə vaxtı var nə də həvəsi.
Üçüncüsü, inqilabı oktyabra salmaqla aztəminatlıların, kasıbların guya Kiçik Oktyabr Sosialist inqilabına ümid etmək də alınmadı. Çünki nə Əli Lenindi, nə də Azərbaycanda proletariatın məzmunu inqilabi. Əksinə, ölkə əhalisinin mütləq əksəriyyəti özünə Əli Kərimçilərin dediyi kimi gün ağlamaq yox, gün gülmək haqqında düşünür və gələcəyə gülümsüürlər. Sabit və dinc ölkədə hər kəs öz imkanlarına uyğun güzərana sahibdir. İslahatlar dövrünün faydasını öz həyatında hiss etməyə başlayan orta statistik vətəndaş Dövləti özününkü sayir. Prezidentin islahatlar paketindən real fayda götürən sadə vətəndaş sabahı gözləyir və dedi-qodunu, kuluar qeybətini real konsepsiyadan, gerçək platformadan əla ayırır.
Dördüncüsü, Əli Kərimlinin bu günkü fiaskosuna qarışıb zibilliyə yollanan daha bir məqam. Əli Kərimli hesab edirdi ki, onun ardıcılları həddən artıq çoxdur. Çünki internet tərəfdarlarının düzgün təsnifatını aparmamışdı. Necə deyərlər realı yox, virtualı saymışdı. Amma onun çağırışına bəlkə də heş 200 adam da gəlmədi. Çünki, Milli Şura heç vaxt dəqiq saymayıb ki, onun nə qədər üzvü var. Bu qurumları çaşdıran uindiyədək icazəli aksiyalara qatılan insanların sayı idi. Qanunun yol verdiyi aksiyalarda rahat iştirak edən vətəndaşlar isə sanksiyalaşdırılmamış aksiyaya heç vaxt həvəs göstərməyiblər. Osmanqızının kanalında özünü, tamaşaçılırını aldadan siyasi Xlestakov elə anlayırdı ki, sosial səhifələrdə ona qulaq asan 2-3 min adamın hamısı onun ardınca gedəcək. Yanlış cavab! Ayının velosiped sürməsinə tamaşa etməyə gedənlər çox olur əlbəttə, amma onlar ayının ardınca getmirlər. Bu sadəcə bir seyr mənzərəsi tək maraqlıdır. Və Kərimçilik və Milli Şuraçılıq bir düşüncə tərzi kimi böyük çoxluğa qətyyən maraqlı deyil. Prezidentin islahatlar paketindən real fayda götürən sadə vətəndaş sabahı gözləyir və dedi-qodunu, kuluar qeybətini real konsepsiyadan, gerçək platformadan əla ayırır.
Beşincisi, aksiyanın dinc olacağı barədə bütün vəzzariyyatlar qeyri-səmimi idi. Ona görə ki, aksiyaya dəvət olunanlar toqquşmaya, polisə müqavimətə hazırlanırdılar. Buyurun.
Faktiki olaraq vətəndaş qarşıdurmasına çağırışlar var idi və belə dəvətlər aparıcı tərəfindən tam dəstəklənirdi.
Altıncısı, qanun qarşısında tam tərksilah edilərək zərəsizləşdirilmiş bu icazəsiz aksiyanın xüsusi bir fərqi də var idi. Bu aksiyaya neçə müddətdir ki, xaricin ümumi və xüsusi xidmət orqanlarının maliyyəsi hesabına fəaliyyət göstərən internet televiziyaları dəstək verirdi. Osmanqızı, Qənimıət Zahid, Tural Sadiqli və başqalarının hər gün qara və qırmızı yaalnlarının üfürüldüyü bu tribunalar var gücü ilə insanları meydanlara çağırırdılar. Kütləvi itaətsizliyə çağırırdılar. Təşkilatçı Əli Kərimli deyil, MilliŞ Şura deyil mənəm deməyə və bununla da əsl təşkilatçıları məsuliyyətdən yayındırmağa çağırırdılar. Deməli fiaskoya təkcə Əlikərimçilik və milli şura deyil həm də onların ruporları, təbliğat maşınları uğradı.
Yeddincisi, aksiya üçün seçilən meydanın, 28 may metrostansiyasının qarşısı istiqlal tariximizi yada salmalı, dövlət müstəqilliyi tarixindən bir gün sonra isə 90-cı illərin demblok-komblok ovqatını xatırlatmalıydı. Amma bu sətiraltılar insanlara çatmadı. Çünki Əlikərimçiliyin nə istiqlala, nə də dövlətə dəxli var. Və 1993-cü ildə bu qaragüruhu və onun başlarını sükutuyla bir dəfə rədd etmiş xalq göstərdi ki, bir dəfə yox, birdəfəlik rədd edib.
Səkkizincisi, aksiyanın məhz bu gün salınma səbəbi barədə. Oktyabrın 19-da yalnız bu ilin yanvar ayının 19-nu xatırlatmaqla bir altşüur jesti yox idi, həm də əksər azərbaycan dindarlarının böyük ehtiram və ehtişamla yanaşdığı Ərbəin səfərinin də bu günə təsadüf etməsi nəzərə alınmışdı. Dindarlar Əli Kərimliyə yan almalıydılar. Aı o inanc adamı idi guya. Əli Kərimçilərin bu proqnozu da yanlış çıxdı. Ərbəinçilər İmam Hüseyn eşqinə Allah Kərimdi dedilər, Əli Kərimdi yox.
Doqquz aylıq hamiləlik bitdi. Qaragüruh gözləyirdi ki, atası Milli Şura, anası Əli Kərimli olan kimsə doğlacaq. Doğuldu. Amma ölü doğuldu. Aparın basdırın, Əli bəy, uşaq olanda nə olar, meyidi ortada saxlamaq günahdır.