
Bu gün Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür.
Mirəsgər Mirabdulla oğlu Seyidov 1970-ci il fevralın 6-da Babək rayonu Qaraxanbəyli kəndində anadan olub. O, 1990-cı ildən yerli özünümüdafiə batalyonunun tərkibində Naxçıvanın cəbhəboyu kəndlərinin müdafiəsində sücaətlə vuruşub, cəsurluğu ilə ad qazanıb.
1992-ci il iyunun 14-də Yuxarı Buzqov kəndi yaxınlığında döyüşdə son gülləsinə qədər vuruşub, döyüş yoldaşlarını xilas edərkən yaralanıb və şəhid olub. Həmin il dekabrın 18-də Milli Qəhrəman adına layiq görülüb.
Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Oxuduğu 15 saylı Naxçıvan şəhər orta məktəbi onun adını daşıyır.