Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi – RƏSMİ AÇIQLAMA

0
459

Bu gün bir qrup şəxs Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb:

“Aksiyaya cəhd zamanı saxlanılan olmayıb”.

E.Hacıyev qeyd edib ki, bir neçə şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.