Milli Məclisin deputatları koronavirus testindən keçirilib

0
337

Azərbaycan Respublikasının Milli Məclisində COVID-19 koronavirus infeksiyası ilə bağlı Milli Məclis Aparatının əməkdaşları, eyni zamanda deputatlar arasında mütəmadi olaraq testlər aparılıb.

Bu barədə Milli Məclis Aparatının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Bildirilir ki, iyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.