Milli məclisin deputatı Azər Əmiraslanov Ağstafa rayon Qırlı kəndində vətəndaşlarla görüş keçirmişdir

0
140

31.05.2025 ci il tarixində Milli məclisin deputatı Azər Əmiraslanov Ağstafa rayon Qırlı kəndində vətəndaşlarla görüş keçirmişdir. Ağstafa Regional İtimai Nəzarət Koalisiyasının sədri Əkbər Abbasov ,müavini Rüfət İsmayılov da, həmin görüşdə iştirak etmişdir. Görüş zamanı Ağstafa İctimaiyyətini narahat edən əsas problemlərdən olan Ağstafa rayon Mərkəzi xəstəxanasının cərrahiyyə , reanimasiya şöbəsinin Qazax rayon mərkəzi xəstəxanasına köçürülməsinin sakinləri çox narahat etdiyini, uşaq xəstəxanasının isə mərkəzi xəstəxanasında kiçik bir palatada böyüklərlə bir müalicə almasının doğru olmadığını həmçinin mərkəzi xəstəxananın əməkdaşlarının da, haqlı narazılıqlarının olduğunu dilə gətirərək bunun qanunsuz olduğunu bildirib. Millət vəkili bu problem ilə əlaqədar maraqlanacağını , lazımi tədbirlərin görüləcəyini bildirmişdir.

İCTİMAİ NƏZARƏT KOALİSİYASININ AĞSTAFA NÜMAYƏNDƏLİYİ