Milli Məclisdən AÇIQLAMA: “Həqiqətə uyğun deyil”

0
287

Milli Məclis media orqanlarının akkreditasiyasının ləğv edilməsi haqqında yayılan xəbərə münasibət bildirib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda bildirilir: 

Yanvarın 28-də bəzi media orqanlarında Milli Məclisin İntizam Komissiyası tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin 2022-ci ilin yaz sessiyası dövründə parlamentin fəaliyyətini işıqlandırmaq üçün Milli Məclis Aparatında akkreditə olunması və bəzi media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi haqqında həqiqətə uyğun olmayan məlumat verilmişdir. 

Bildiririk ki, Milli Məclisin İntizam komissiyasında media nümayəndələrinin parlamentdə akkreditasiyası məsələsinə baxılmamışdır və bu məsələ İntizam komissiyasının gündəliyində olmamışdır.

Xahiş edirik ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı dəqiqləşdirəsiniz.