Milli komandamız Slovakiyada qrup liderliyini təmin etmək üçün oyuna çıxır

0
358

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu millimiz Levitse şəhərində Slovakiya yığması ilə qarşılaşacaq.

Millinin heyətində braziliyalılar – Rafael Vilela, Vasoura, Tyaqo Bolinya və iranlı Hadi Əhmədi zədə səbəbindən oynaya bilməyəcək.

Xatırladaq ki, komandamız bu rəqibini yanvarın 29-da Bakıda 4:1 hesabı ilə məğlub edib. 

Avropa çempionatının seçmə mərhələsi:

3-cü qrup

18:00 Slovakiya – Azərbaycan

Hakimlər: Kirill Naishouler, Arttu Künaraynen (hər ikisi Finlandiya), Martin Matula (Slovakiya)

Timekeeper: Miroslav Yezik (Slovakiya)

Hakim-inspektor: Peri Qotye (Belçika)

Levitsa İdman Sarayı

Qeyd edək ki, qrupda 12 xalı olan Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Millimiz üçün bu qarşılaşma sadəcə qrup liderliyini təmin etmək baxımından vacibdir.