Milli komandamız Podqoritsada 18 il əvvəlki uğuru təkrarlaya bilmədi – YENİLƏNİB

0
425

UEFA Millətlər Liqasının C divizionunun Monteneqro – Azərbaycan oyunu meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Komandamız vaxtı ilə tarix yazdığı Podqoritsa şəhərində eyni uğura imza ata bilməyib və qrup lideri Monteneqroya 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, yığmamız 2002-ci ildə Serbiya-Monteneqro ile 2:2 oynamışdı.

Qrupun digər oyununda Lüksemburq öz meydanında Kiprə eyni hesabla qalib gəlib.

18:30

72-сi dəqiqədə rəqib komandanın futbolçusu İqor İvanoviç Bəhlul Mustafazadə və Emil Balayevin səhvindən yararlanaraq hesab arasındakı fərqi artırdı – 2:0.

18:09

UEFA Millətlər Liqasının III turunda keçirilən Monteneqro – Azərbaycan matçında ikinci hissə başlayıb.

17:49

Millmiz Podqoritsa şəhərində keçirilən UEFA Millətlər Liqasının oyununda ilk hissədən sonra Monteneqro yığmasına 0:1 hesabı ilə uduzur.

Komandamız fasiləyə məhz bu hesabla yollandı.

17:15

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Yığmamız Millətlər Liqasında III turun matçına çıxıb.

9-cu dəqiqədə Monteneqro millisinin kapitanı, “Monako” klubunun hücumçusu Stevan Yovetiç künc zərbəsindən sonra başla qapımıza qol vurub.

Yığmamız Monteneqroya səfərdə 0:1 hesabı ilə uduzur.

Qeyd edək ki, ilk matçında evdə Lüksemburqa uduzan (1:2) yığmamız, ikinci oyunda Kiprdə qələbə (1:0) qazanmışdı.