Noyabrın 17-də Milli Kitabxanada “17 noyabr – Milli Dirçəliş Günüdür” adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildiriblər ki, sərgidə Azərbaycan xalqının milli istiqlal mübarizəsinə, dövlətçilik tariximizə dair Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.