Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər seçkiqabağı təşviqat apara bilərlər
Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqat başlayıb.
Yanvarın 17-dən etibarən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər seçkiqabağı təşviqat apara bilərlər.
Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.
Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu il fevralın 9-na təyin edilib.