Ramiz Mehdiyev istefa verməlidir”.
Bu fikri millət vəkili Etibar Əliyev sosial media hesabında bildirib.
O, ötən günlərdə nəvəsinə toy məclisi təşkil etmiş AMEA-nın prezidenti Ramiz Mehdiyevə status həsr edib. Statusda deyilir:
“Ramiz Mehdiyev pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nın prezidenti vəzifəsindən dərhal istefa verməlidir. Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnək və dövlətin qanunlarına birbaşa sayğısızlıqdır”.