Karantin rejiminin tələblərini pozaraq toy və yas mərasimləri keçirən hər kəsin, xüsusən vəzifəli şəxslərin hərəkətləri qətiyyən qəbul edilə bilməz və onlar qanun qarşısında cavab verməlidirlər.
Bunu millət vəkili Musa Qasımlı deyib.
M. Qasımlı bildirib ki, dövlətimizin qanunları qarşısında hamı bərabərdir və heç kim qanundan üstün deyil: “Sərt qanuni ölçülər götürülməsə, dövlət siyasətinin üstünə kölgə düşər, xalq və dövlət hakimiyyəti arasında olan bağlar zəifləyər. Xalqın dövlət hakimiyyətinə olan inamını bilərəkdən və ya bilməyərəkdən sarsıtmaq cəhdlərinin qarşısı qəti şəkildə alınmalıdır. Burada mövqe birmənalı, konkret və aydın olmalıdır”.