Millət vəkili Adil Əliyev Sizi Tanıyaq layihəsinin iştirakçıları ilə görüş keçirdi-(Video+Foto)

0
730
Millət vəkili Adil Əliyev Asiya Fakt informsiya Agentliyi nəzdində fəaliyyət götərən  “Sizi Tanıyaq” layihəsinin iştirakçıları ilə görüş keçirib. Layihə rəhbəri Vüsalə Qələndərli tədbiri açıq elan edərək iştirakçılar haqqında məlumat verib.
Millət vəkili çıxışı zamanı bildirib ki, siz canlı tarixsiz, dövlətimiz hər zaman sizinlədir.  Adil Əliyev maarifləndirici çıxışları ilə gənc istedadlarda bir daha özünə güvən hissi aşıladı, gələcək planlarında böyük stimul vermiş oldu: “Bizim ən böyük qazancımız müstqil dövlət olmağımızdır. Qürur duydum ki bizim istedadlı gənclərimiz çoxdur. Qürur duydum, vətənpərvər şeirlərinizdən duyğulandım. Mütləq peşənizi inkişaf etdirin, dövlətimiz sizin yanınızdadır, mən də sizin yanınızdayam, valideynlərinizi eşidin.
Biz birgə dövlətin maraqlarını qorumalıyq, hərə öz sahəsi üzrə. Heç kim deməsin ki əlimdən heç nə gəlmir, hər kəsin bir imkanı var. Ən azından bir gülər üzü var, hər kəsin dostuna yaxınına salam vermək, çantasını götürmək imkanı var”-deyə Millət vəkili Adil Əliyev  bildirib.
Görüşdə Qarabağ qazilərimiz və ziyalılar da iştirak edib. Sizi Tanıyaq layihəsnin istedadlı iştirakçıları millət vəkili ilə qörüşdə öz bacarıq və istedadlarını  nümayiş etdirib, millət vəkilinin onlara göstərdiyi diqqət və qayğısına görə təşəkkür ediblər.