
Avstraliyaya məxsus Milad adası qırmızıya bürünüb.
Buna səbəb qırmızı xərçənglərin köçüdür.
Qeyri-adi təbiət hadisəsi hər ilin oktyabr-noyabr aylarında yaşanır. Milyonlarla xərçəng meşədən çıxaraq çoxalmaq üçün Hind okeanına axışır.
Hər zaman olduğu kimi, bu il də qırmızı köç təkrarsız mənzərələr yaradır.
Onlardan bəzilərini sizə təqdim edirik.