Mikroavtobus sürücüsü Ağsunu qaranlığa qərq etdi

0
312

Ağsuda avtomobilin işıq dirəyinə çırpılması nəticəsində şəhər ərazisi dörd saat işıqsız qalıb.

Hadisə ötən gecə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobusun sürücüsü, rayonun Ərəbuşağı kənd sakini, Elvin Hüseyn oğlu Muradov adıçəkilən küçədə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə işıq dirəyi aşıb və şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayanıb. Elektrik şəbəkəsinin işçiləri hadisə yerinə cəlb olunub və həmin əraziyə işığın verilişi qismən bərpa olunub. Hazırda işlərin tam başa çatması istiqamətində Ağsu rayon elektrik şəbəkəsinin əməkdaşları işlərini davam etdirirlər.

Faktla bağlı araşdırmalara başlanılıb.