Mikayıl Cabbarov: “Bu ilin səkkiz ayında qeyri-neft sektorunun ixracı 37 faiz artıb” – FOTO

0
370

Azərbaycanda 2021-ci ilin səkkiz ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 milyard ABŞ dollarından çox olub.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1 % artım deməkdir.

Onun sözlərinə görə, 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.