Mikayıl Cabbarov: “2020-ci ildə BTQ ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq”

0
478

“Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının illik həcmi 15 milyon tondan çox olacaq”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars ölkələr arasında əlaqələrin genişlənməsində böyük rol oynayır:

“Hazırda bu marşrutla yük daşımalarının həcmi ildə 6 milyon ton, sərnişin daşımaları 1 milyon nəfərə bərabərdir”.