“Microsoft” süni intellektə 80 milyard dollar sərmayə qoyacaq

0
10

ABŞ-ın “Microsoft” şirkəti 2025-ci ildə süni intellektin tətbiqi üçün zəruri data mərkəzlərinin yaradılmasına 80 milyard dollar sərmayə qoyacaq.

Bu barədə şirkətin prezidenti Bred Smit məlumat verib. O, qeyd edib ki, sözügedən məbləğin yarısı ABŞ-dakı infrastruktura xərclənəcək.

Smit əlavə edib ki, bulud xidmətinin və süni intellektin tətbiq sahəsinin genişləndirilməsi üçün böyük data mərkəzlərinin yaradılması mütləqdir.