“Meyxanaya kişi sənəti deyirlər, amma burada olan…” – SƏRT AÇIQLAMA

0
844

“Elə bilirsiniz ki, qalmaqal, söz-söhbət təkcə şou-biznesdədir elə?”

Bunu “5/5″də Namiq Qaraçuxurlu meyxana sənəti barədə danışarkən deyib.

Sənətçi meyxana aləminin görünməyən tərəfini efirdə açıqlayıb:

“Meyxanada olan o paxıllıq, bir-birini bəyənməmək, bir-birinə kələk qurmaq heç bir janrda yoxdur. Baxmayaraq, bu sənətə kişi sənəti deyirlər, elə kişi sənətidir. Amma meyxanada olan qırğınlar, kələklər… Kişi qırğını başqadır! Mənim konsertlərim olurdu, gedib klub rəhbərini tapırdılar beynini doldururdular ki, konsertə icazə verməsin. Mənim “Şəfa” stadionunda konsertim olanda iki dəfə təxirə saldılar. Tamaşaçıların gəlib siqaret çəkəcəklərini bəhanə edirdilər. Sonra bilindi ki, bunun bir ucu hara gedib çıxır. Ona görə bezdim və çəkildim kənara. Yaşlı meyxanaçıları görəndə 5-10 metrdən qabaqlarına qaçırdım. Nə oldu birdən?! Xirtdəyəcən dözdüm, dözdüm… Artıq konsertimə bir gün qalmış ustad kimi dəvət etdiyim meyxanaçılar gəlib “Mən gəlmirəm” deyirdilər. Niyə gəlmirsən deyəndə “bilet vermirsən” cavabı verirdilər. Biletini verirdim, axşam konsertimdir, xəbər verirdki ki, gələ bilməyəcəm. Niyəsini soruşanda “Kimsə oradan pul qazanacaq, bəs mən?” deyəndə çıxardıb qonorarını verirdim ki, gəlsin. Min dənə işinə yaramışam. Sadəcə artıq göz götürmür və başlayırlar bəhanəyə. Mən o pulu ona görə ödədim ki, tamaşaçılar elanda görüblər axı onu. Mənim qonağımdı, mənim adıma gəlir. Gəlməyəndə mənim adıma mənfidir. O da elə mənim ağsaqqallara sonuncu hörmətim olub”.