Məşhur meyvə-tərəvəz idxalçısı “Agro-Vest Pro” MMC statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə cərimələnib.
Müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cü (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, 2022-ci ildə əsası qoyulmuş “Agro-Vest Pro” MMC dünyanın bir çox ölkəsindən idxal etdiyi, eləcə də daxili istehsala aid olan hər növ meyvə – tərəvəzlərin satışını həyata keçirir.