Bakı Metropoliteninin “28 May” stansiyasında həyəcanlı anlar yaşanıb.
Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, saat 14:11-də bir nəfər əşyası düşdüyü üçün gözlənilməz halda relslərin üzərinə tullanıb:
“Bakı Metropoliteninin qaydalarına görə, bu kimi hallar yolverilməzdir. Bu səbəbdən də həmin şəxs hüquq mühafizə orqanlarına təhvil verilib. Vəziyyəti yaxşıdır”.