Metroda sosial məsafənin qorunması, stansiyalara yalnız icazəsi və tibbi maskası olan şəxslərin buraxılması nəticəsində sərnişindaşımada kifayət qədər azalma müşahidə edilir.
Bu da öz növbəsində bir sərnişinin daşınması üçün çəkilən xərcin artmasına səbəb olub. Məhz bunu nəzərə alaraq, son günlər sosial şəbəkələrdə metroda gediş haqqının artacağı ilə bağlı məlumatlar yayılır.