Meteoroloqlardan gözlənilməz açıqlama: Qlobal istiləşmə prosesi yavaşıyır

0
19

Avropa meteoroloqları son iki ildə ilk dəfə qlobal istiləşmə sürətinin azaldığını qeydə alıblar.

Bu barədə məlumatı “Copernicus” iqlim dəyişikliyi xidməti yayıb.

Bildirilir ki, mayda havanın orta temperaturu sənayeləşmə dövrünə qədərki 1.5 dərəcəni üstələməyib. Orta temperatur 15.79 dərəcə təşkil edib ki, bu da sənayeləşmə dövründən əvvəlki səviyyədən 1.4 dərəcə aşağıdır. Üstəlik, bu ilin may ayı meteomüşahidələrin bütün tarixi ərzində beşinci ayın temperaturu üzrə ikinci yeri tutub.