Meteoritdə Günəşdən daha qədim toz aşkar edildi

0
374

Alimlər 1969-cu ildə Avstraliyanın Merçison şəhərinə düşən meteoritdə Yer və Günəşdən qədim olan toz aşkar ediblər.

Aşkar edilən toz Günəş sistemindən öncə formalaşmış presolar silisium karbidi zərrələrindən ibarətdir.

Mütəxəssislərin sözlərinə əsasən, presolar zərrələr Merçison kimi meteoritlərin xırda fraksiyalarıdır.

Qeyd etmək lazımdır ki, Günəş 4,5 milyard il öncə yarandığı halda, sözügedən zərrələrin 5,5 milyard yaşı var.