Lionel Messinin transferindən sonra PSJ klubunun rəsmi “Instagram” səhifəsini izləyənlərin sayında artım müşahidə olunur.
Messinin gəlişi Fransa klubuna beş milyon izləyici qazandırıb. Ümumilikdə yalnız avqust ayında klubun rəsmi hesabını 5,8 milyon nəfər yeni şəxs izləyib və bununla da izləyicilərin ümumi sayı 44,7 milyona çatıb.
Xatırladaq ki, Messi avqustun 10-da PSJ ilə müqavilə imzalayıb.