“Barselona”nın hücumçusu və kapitanı Lionel Messi 12 mövsüm ardıcıl İspaniya çempionatında azı 25 qol vuran yeganə futbolçudur.
Bu barədə “Squawka Football” məlumat yayıb.
34 yaşlı forvard “Xetafe” ilə oyunda (5:2) dubla imza ataraq bu mövsümdə 25-ci qoluna imza atıb.
Qeyd edək ki, mart ayında ulduz futbolçu braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu da qırmağı bacarmışdı.
Belə ki, La Liqada 469-cu qolunu vuran L.Messi bir çempionatda ən çox fərqlənən oyunçu oldu.
Xatırladaq ki, Pele 1957-1974-cü illərdə Braziliya çempionatında “Santos”un heyətində 468 qola imza atıb.