Messi Milandan ev aldı: “Barsa”dan ayrılır?

0
371

“Barselona”nın kapitanı Lionel Messinin atası Xorxe Messi İtaliyanın Milan şəhərindən ev alıb.

Ev Porta Nuova bölgəsində yerləşir.

Messi ailəsinin vergi güzəştləri fonunda Milandan daşınmaz əmlak əldə etdiyi bildirilib. Eyni hal “Yuventus”un hücumçusu Kristiano Ronaldoda da baş vermişdi.

Qeyd edək ki, bir müddət əvvəl “İnter”in titul sponsoru “Pirelli” Messinin kluba transferi üçün ona təklif göndərmişdi.