“Barselona”nın kapitanı Lionel Messi Kataloniya klubundan ayrıla bilər.
İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu komandanı tərk etmək barədə düşünür. Bildirilir ki, 32 yaşlı futbolçu klubun qərarlarından narazıdır. O, eyni zamanda “Barselona”nın son zamanlardakı oyun üslubunu və nəticələrini bəyənmir.
Bundan əlavə Messinin bəyəndiyi komandanın sabiq çalışdırıcısı Ernesto Valverdenin istefaya göndərilməsindən sonra oyunçu ilə klub rəhbərliyi arasında münasibətlər pisləşib.
Xəbərdə o da qeyd olunur ki, “Barselona” sabiq futbolçusu Neymarı geri qaytarması Messini ayrılmaq fikrindən daşındıra bilər.
Qeyd edək ki, L.Messinin “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Onun müqaviləsində bu yay klubu öz istəyi ilə tərk etmək hüququnun olması ilə bağı bənd yer alıb.