Meşə yanğınları Nyu-Yorku cənginə aldı – Fövqəladə vəziyyət elan edildi

0
25

Nyu-York şəhəri yaxınlığındakı Lonq Aylenddə meşə yanğınları başlayıb.

Bu barədə “Associated Press” (AP) məlumat yayıb.

“Qubernator Hochul fövqəladə vəziyyət elan etdi və dövlət qurumlarının Nyu-York şəhərinin şərqində yerləşən meşəlik ərazidə olan Pine Barrens bölgəsindəki yanğınlara reaksiya verdiyini söylədi”, – məlumatda deyilir.

Agentliyin məlumatına görə, yanğın külək səbəbindən sürətlə yayılır. Yanğın həm də hərbi bazanın boşaldılmasına və əsas magistral yolun bağlanmasına səbəb olub.

AP rəsmilərə istinadla bildirib ki, dörd yanğından üçünün tam, digərinin isə yarısının qarşısı alınıb.