ABŞ-da Kaliforniya ştatının Lankaster şəhərinin meri Rex Parris evsizlərə onlardan qurtulmaq üçün istədikləri miqdarda narkotik verməyi təklif edib.
Bu barədə “New York Post” yazıb.
“Mən onlara istədikləri qədər pulsuz narkotik vermək istəyirəm. Çünki “biz həqiqətən də bu insanlardan (evsizlərdən) xilas olmalıyıq”, – deyə Parris bildirib.
O, həmçinin vurğulayıb ki, bütün evsizlərin yarısı azad edilmiş cinayətkarlardır və onlar yenə də şəhərdə cinayətlər törədirlər.
Qeyd edək ki, Parrisin bu çıxışından sonra şəhər sakinləri onu vəzifədən kənarlaşdırmaq üçün petisiyaya başlayıblar, lakin lazım olan imza hələ toplanmayıb.