Meksikanın qərbində yerləşən Miçoakan ştatında naməlum cinayətkarların hücumu nəticəsində azı 14 polis öldürülüb.
Bu barədə məlumat Meksika İctimai Təhlükəsizlik Nazirliyinin “Twitter” səhifəsində yer alıb.
Rəsmi məlumata görə, bu ilin yanvar-avqust aylarında Meksikada cinayətkarlar tərəfindən 23,7 min nəfər öldürülüb. Bu, 2018-ci illə müqayisədə 3,5 faiz çoxdur. Sentyabr ayında Meksika Prezidenti Andres Manuel Lopes Obrador cinayətkarlığa qarşı mübarizəni özünün başlıca vəzifəsi elan edib.