Meksikada serial çəkilişi zamanı faciə baş verib.
Bu barədə “Televisa” telekanalı bildirilib.
Qeyd edilir ki, hadisə Mexikoda baş verib. “Həqiqət qarşısında qorxusuz” serialının çəkilişlərinin gedişatında aktrisa Xorxe Navarro Sançes və aktyor Luis Xerardo Rivera asma körpüdən yıxılma nəticəsində həlak olublar.
Məlumata görə, faciə 2018-ci ildən efirə çıxan serialın üçüncü bölümünün çəkilişlərində baş verib. Hadisənin təfərrüatları yayılmır. Çəkiliş qrupunun rəhbərliyi Mexiko hakimiyyəti ilə hadisənin başvermə şəraitinin araşdırılması istiqamətində əməkdaşlıq edir.