
Mehrinin Əkərək (Agarak) kəndi iki tərəfdən Azərbaycan ordusunun nəzarətindədir.
Bu barədə kəndin bələdiyyə sədri Hayk Sarkisyan deyib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri bir tərəfdən kəndin 4 kilometr, digər tərəfdən 1 kilometr məsafəsindədir.
“Kənddə 40 ev var. Əvvəllər kəndə aid olan ərazilər indi mövqelərə çevrilib”, – o deyib.