Mehriban Əliyevaya təbriklər davam edir

0
578

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıblar.

Məktubun mətnini təqdim edirik:

“Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, enerji, xoşbəxtlik və firavanlıq arzulayır, bütün işlərinizdə uğurlar diləyirik.

Ulu Tanrı daim Sizi və ailənizi qorusun. Xalqınızın və bütün bəşəriyyətin mənafeyinə və inkişafına yönəlmiş nəcib məqsədləriniz və planlarınız həyata keçsin.

Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin missiyasına davamlı dəstəyinizə və sadiqliyinizə görə Sizə və Zati-aliləri cənab Prezidentə minnətdarlığımızı bildiririk”.

***

Moskvadakı “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çox hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə “ARETİ” beynəlxalq şirkətlər qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin.

Ürəkdən arzu edirik ki, bu günün bayram ab-havası həmişə qəlbinizə hərarət versin, həyat Sizə ətrafınızdakı insanların sevgisini, xeyirxahlığını və qayğısını bəxş etsin, çətinliklərdən və problemlərdən qorusun, hər gününüz nurlu, xoş əhvallı, gözəl və sevindirici hadisələrlə dolu olsun.

Sizə, yaxınlarınıza və əzizlərinizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar, səadət və firavanlıq arzu edirəm. Qoy, Sizin bütün planlarınız uğurla həyata keçsin, arzularınız və ümidləriniz gerçəkləşsin!”

***

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli xanım Mehriban Əliyeva,

BP şirkəti və onun bütün heyəti adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”.

***

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Mehriban xanım.

Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi rifahı naminə yorulmaz fəaliyyətiniz, təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstəyiniz dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdədir. Bu gün beynəlxalq aləmdə və cəmiyyətdə yüksək nüfuzunuz, xalqın böyük rəğbətini qazanmağınız Sizin timsalınızda XXI əsr qadınlarımızın ictimai fəallığının parlaq örnəyidir.

Biz TÜRKPA olaraq tarixən xalqlarımızın xanımlara göstərdiyi yüksək hörmət və ehtiramı qeyd edərək, habelə ölkələrimizdə ailə dəyərlərimizin qorunmasına sadiqliyimizi bir daha ifadə edərək qadınlarımızın cəmiyyətin inkişafına göstərdiyi müstəsna xidmətlərə böyük önəm veririk.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq”.

***

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çox hörmətli Mehriban Arif qızı.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Parlaq şəxsiyyət, qeyri-adi yaradıcılıq enerjisinə, iti zəkaya və intuisiyaya malik olan istedadlı siyasətçi, dünya səviyyəli ictimai xadim olaraq Sizin adınız doğma ölkənizə fədakarlıqla xidmətin rəmzi, fəaliyyətiniz isə dövlətçilik yolunda parlaq nailiyyətlərə nümunədir. Rusiya ilə qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səyləriniz ən dərin hörmətə layiqdir.

Sizə səmimi qəlbdən böyük xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm. Qoy, Sizin evinizdə həmişə sülh və həmrəylik ab-havası duyulsun, bütün işləriniz uğurlu olsun”.

***

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çox hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gözəl gündə Sizə ən dərin ehtiramımı, istedadlı dövlət xadimi, beynəlxalq xadim və məlahətli qadın kimi Sizə heyranlığımı bildirirəm.

Tükənməz enerji və əməksevərlik, ən doğru və səmərəli həlləri tapmaq istedadı, dürüstlük və yüksək peşəkarlıq – bu keyfiyyətlər Sizin inkişafınıza və yalnız irəli getməyinizə imkan verir. Siz praktiki təcrübəniz, fəal həyat mövqeyiniz, əzmkarlığınız, nikbinliyiniz, geniş erudisiyanız və biliyiniz, qeyri-adi təşkilatçılıq qabiliyyətiniz sayəsində Azərbaycanın inkişafına çox böyük töhfə vermisiniz, bütün xalqın sevgisini və hörmətini qazanmısınız.

Mənim üçün Siz həmişə səmimilik, xeyirxahlıq, müdriklik və gözəllik təcəssümü olmusunuz, bu gün də belədir və həmişə belə olacaq.

Əziz Mehriban Arif qızı, icazə verin, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq, xoş əhval-ruhiyyə, aydın səma, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Qoy, ömrünüzün hər günü dostlarınızın təbəssümü və yaxınlarınızın sevgisi ilə dolu olsun.

Sizə, ailənizə və işlərinizə həmişə heyranam. Sizə və yaxınlarınıza ən xoş arzularımı bildirirəm”.

***

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çox hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, firavanlıq, bütün planlarınızın və təşəbbüslərinizin həyata keçməsini arzulayıram.

Siyasi savadınız və idarəçilik istedadınız Sizə xas olan nəcib keyfiyyətlərlə birlikdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyətinizi Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli işinizlə uğurla əlaqələndirməyə imkan verir.

Siz haqlı olaraq nəinki doğma ölkənizdə, həm də onun hüdudlarından kənarda dərin hörmət qazanmısınız.

Bu xoş fürsətdən istifadə edib Sizə Həştərxan vilayəti ilə Azərbaycanın dostluq əlaqələrinin və işgüzar tərəfdaşlığının inkişafına göstərdiyiniz hərtərəfli dəstəyə, bu işə verdiyiniz qiymətli töhfəyə görə təşəkkürümü bildirirəm.

Əminəm ki, biz bundan sonra da birgə səylərimizlə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq əlaqələrimizi davam etdirəcəyik.

Sizə ən xoş diləklərimi bildirir, xoşbəxtlik, uğurlar, tükənməz nikbinlik, Azərbaycan xalqına xidmət kimi nəcib işinizdə yeni nailiyyətlər arzulayıram”.