Medvedev Putin və Bayden arasındakı danışıqların bəzi detallarını açıqladı

0
325

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden arasında ilk telefon danışığının bəzi təfərrüatını açıqlayıb.

Bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

Medvedevin sözlərinə görə, dövlət başçıları digər mövzularla yanaşı, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün sammitinin keçirilməsinin mümkünlüyünü də müzakirə ediblər:

“Amerikalı həmkarlar deyiblər ki, bu fikir üzərində işləyəcəklər, qoy işləsinlər”.

Medvedev qeyd edib ki, əsas məsələ sammitin “əhəmiyyət kəsb etməsidir”.