Medvedev dünyada qlobal ərzaq böhranının başladığını bildirib

0
304

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rusiya qəzeti”-ndə dərc olunmuş məqaləsində bildirib ki, dünyada ərzaq böhranı başlayıb.

Medvedev qeyd edib ki, qlobal iqtisadiyyatda tənəzzülü dəf etmək barədə heç kim dəqiq proqnoz verə bilməz.

“Görünür, dünyada ərzaq böhranı başlayır. Qida məhsullarının qiyməti her yerdə artır, qida inflyasiyası sürətlənir”, deyə Medvedev bildirib.

Onun sözlərinə görə, böhran qloballaşma səviyyəsi yüksək olan inkişaf etmiş ölkələrə daha çox zərbə vurdu. Amma bu dövlətlərin iqtisadiyyatları bərpa prosesini sürətləndirmək imkanlarını nümayiş etdirir.