Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənədə əsasən, Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilir.