“McDonald’s”dan yayılan ÖLÜM: “E. coli” epidemiyasının səbəbi məlum oldu

0
41

ABŞ səhiyyə rəsmiləri 90 nəfərin xəstələnməsinə səbəb olan “E. coli” epidemiyasının mənbəyini açıqlayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) açıqlamasına görə, “McDonald’s” restoranlarında istifadə edilən doğranmış soğan epidemiyanın ehtimal mənbəyidir..

Sözügedən soğanların “Taylor Farms” tərəfindən tədarük edildiyi və şirkət tərəfindən könüllü olaraq geri çağırıldığı bildirilib. “McDonald’s” da bu soğanları menyularından çıxarıb.

Epidemiya səbəbiylə Kolorado ştatında 90 nəfər xəstələnib, 27 nəfər xəstəxanaya yerləşdirilib, bir yaşlı isə dünyasını dəyişib.

“E. coli” bakteriyası üç-dörd gün davam edə bilən mədə krampları, ishal və qusmaya səbəb olur. Əksər insanlar müalicəyə ehtiyac duymadan sağalsalar da, bəzi xəstələrdə ağırlaşmalar yarana bilər.