Moskvanın Qırmızı meydanındakı Lenin mavzoleyində dünya proletarlarının liderini “oyatmaq” istəyən şəxs saxlanılıb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Ruslan Osipov adlı şəxs təkbaşına piket keçirərək, üzərində ingilis dilində “Oyan, bizim yenə çarımız var” yazılı lövhə qaldırıb.
Qısa müddət sonra polislər ona yaxınlaşaraq, nümayişçini ərazidən uzaqlaşdırıblar.