Maskın departamentindən “BÖYÜK ƏLƏNMƏ” – Sülh İnstitutunda kütləvi ixtisar başladı

0
18

ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) ABŞ Sülh İnstitutunun baş qərargahında kütləvi ixtisar həyata keçirib.

Bu barədə Washington Post (WP) öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 200-300 işçi ixtisar barədə bildiriş alıb. Bəzilərinə işdən çıxarılmalarına etiraz etməmək müqabilində işdən çıxma müavinəti və ya uzadılmış tibbi sığorta təklif edilib. Ümumilikdə institutda 600-ə yaxın işçi çalışır və filialları Ukraynada, Filippində və Saharadan cənubda Afrikada fəaliyyət göstərir.

“Bu qərar institutun münaqişələrin qarşısının alınması üzrə missiyasını təhlükə altına qoyur”, – adının açıqlanmasını istəməyən bir işçi bildirib.

Rəsmi olaraq təşkilat sülh yolu ilə həlli və böhranın qarşısının alınması ilə məşğuldur.