Maskdan ŞOK AÇIQLAMA: “Mənə qarşı sui-qəsd hazırlanıb”

0
29

“SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri rəhbəri İlon Mask ona qarşı sui-qəsdin hazırlandığını istisna etməyib.

Milyardermu bu barədə “Fox News” telekanalında bildirib.

Mask, DOGE-nin hökumətdəki dəhşətli israfı və korrupsiyanı dayandırdığını, buna görə də insanların onu aradan götürmək istədiyini söyləyib.

“Belə çıxır ki, insanların dələduzluq yolu ilə əldə etdikləri pulları götürəndə çox əsəbləşirlər”, o əlavə edib.

Martın 9-da ABŞ-da “Tesla”nın elektrik avtomobillərinə və əmlakına qarşı ən azı onlarla vandalizm aktının baş verdiyi bildirildi. Xüsusilə, Kolorado ştatında 40 yaşlı qadın diler mağazasında dayanan “Cybertruck” elektrik avtomobilinə molotof kokteyli olan butulka atıb. Bundan sonra o, daha dörd dəfə mərkəzi yandırmağa cəhd edib.

Daha sonra Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası “Tesla” avtomobillərinə və dilerlərə vandalizmlə məşğul olanlara qarşı ən sərt tədbirlər görmək niyyətindədir.

“Səlahiyyətlilər artıq bir sıra insidentləri araşdırır və onları terror aktı kimi təsnif edir”, – o əlavə edib.