İlon Mask yaxın onillikdə insanların beyninə milyonlarla “Neuralink” çipi yerləşdirmək istədiyini bildirib.
Şirkət tərəfindən beyin-kompüter interfeysinin yeni imkanlarını ortaya qoyan video paylaşılıb.
Videoya görə, çip yerləşdirilən xəstələr oyunlar oynaya və əşyaları dizayn edə bilib.
“Hər şey yolunda gedərsə, bir neçə ildən sonra milyonlarla insan “Neuralink”-ə sahib olacaq”, – Mask “X” hesabında qeyd edib.
Onun sözlərinə görə, mümkün tətbiqlər arasında musiqinin birbaşa beyinə ötürülməsi və işıq spektrinin yeni hissələrini görmək üçün görmə qabiliyyətinin yaxşılaşdırılması da daxildir.
Mask həmçinin daha sürətli mətn daxil etməyə imkan verən yeni alqoritmlər hazırlamağı planlaşdırdığını da qeyd edib.